Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann Motorsport-dan Range Rover Sport

“Hamann Motorsport” atelyesinin alman tüninq ustaları 2014-cü ilin yolsuzluq avtomobili “Range Rover Sport” üçün enli bodi-kit hazırladılar. Şəkildə təqdim olunan avtomobil yeni ban asması ilə birgə dəbli təkər dəsti əldə etdi. Yeni obrazı tamamlamaq üçün isə eksklüziv aksesuarlar və banın fərdi bəzəyindən istfadə olundu.

Yaxın vaxtlarda “Hamann” arsenalında texniki içliyi modernləşdirmə və daxili bəzəyi yeniləmə proqramı meydana gələcək, lakin bu barədə hələlik heç nə məlum deyil. Lyuks yolsuzluq avtomobilinin idman üslubunda görünməsi üçün onu diodlu hərəkət işıqları olan yeni qabaq bamper, genişləndirilmiş təkər yarımhalqaları, yan ətəklər və qoymalar, başqa arxa bamper və qazçıxma sisteminin ikilənmiş boruları ilə təchiz ediblər.

Boz tutqun ban qara cilalı dama və dayaqlara, həmçinin eyni sxemdə hazırlanmış xırda detallara malikdir. “Range Rover Sport”-a millərinin arasından əyləc sisteminin qırmızı supportları görünən qara disklər “geyindiriblər”. Aşağı klirens və aşağıprofilli rezin – bu avtomobilin üslubu üçün verilən qurbanlarından biridir. Sonda avtomobili xromlaşdırılmış detallardan tamamilə məhrum etdilər və qabaq qanadlara Hamann firma loqotipləri yerləşdirdilər.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Sport, Hamann 14.10.2014

Şərhlər


AD