Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche yeni Panamera hazırlayır

“Porsche Panamera”-nın ikinci nəsli 2016-cı ildə satışa çıxarılacaq. “Porsche” böyük beşqapılı hetçbek “Panamera”-nı buraxdıqda, çoxları bu avtomobilin gələcək taleyindən ehtiyat edirdilər – bu avtomobil alman şirkəti üçün çox qeyri-adi idi. Lakin bazar “Panamera”-nı yaxşı qarşıladı: satışlar yaxşı gedir, model həm də yaxşı gəlir gətirir.

Məhz buna görə “Porsche” artıq “Panamera”-nın ikinci nəslinin yaradılmasına başladı. Fransanın L’Automobile Magazine nəşriyyatının verdiyi məlumata görə, “Panamera II” hazırki modeldən bir az böyük olacaq. Lakin bununla belə avtomobil indikindən 100 kq yüngül olacaq.

Lakin indiki “Panamera”-nın bir banı var idisə ikinci nəslin iki banı olcaq! Deməli almanlar universalın buraxılışına başlamağa hazırlaşırlar. Hazırda “Panamera”-ya olan əsas tələblərdən biri böyük yük yerinin olmasıdır. Universal bu problemi həll etməlidir. “Porsche Panamera”-nın ikinci nəslinin təqdimat mərasimi 2016-cı ildə keçiriləcək.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Panamera 14.10.2014

Şərhlər


AD