Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai Genesis 1000 a.g. alıb

Noyabrın 4-ü Las-Veqasda açılacaq SEMA tüninq-şousunda Çikaqonun “Blood Type Racing” atelyesi kupe “Hyundai Genesis”-in məxsusi variantını təqdim edəcək. Şirkətdən bildirirlər ki, seriyalı modelə quraşdırılmış 2,0-litrlik “turbo dördlüyün” gücünü 5 dəfə artıraraq, onu 1000 a.g.-ə çatdırıblar.

Belə gücə nail olmaq üçün mühərrik demək olar ki, yenidən düzəlib. Yeni turbinlər, porşnlər quraşdırılıb, yanma kamerası və silindrlər bloku təkmilləşdirilib, o cümlədən interkuler, yanacağı qəbul etmə-buraxma sistemi, yağ soyuducusu dəyişdirilib, yanacaq sistemi tamamilə yenidən düzəldilib və elektron idarəetmə yenidən proqramlaşdırılb. Bundan əlavə, kupeyə azot sistemi də əlavə edilib.

Altı pilləli mexaniki sürət qutusunun müftası dəyişdirilib, daha qısa sürətkeçirmə mexanizmi quraşdırılıb. Tüninq edilmiş variant arxa oxda yeni differensial və kardan valı alıb. Aerodinamik asma yapon dizayner Key Miuro tərəfindən hazırlanıb – enliləşdirilmiş təkər arkaları avtomobili həm qabaqdan, həm də arxadan müfaviq olaraq 40 və 60 mm daha geniş edib. Bununla yanaşı, avtomobildə təhlükəsizlik karkası, daha güclü əyləclər, aşağı salınmış və daha sərt asılqan, Toyo şinləri keçirilmiş 19-düymlük təkər diskləri peyda olub.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Genesis 13.10.2014

Şərhlər


AD