Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche 911 Carrera GTS-in sirrini açdı

“Porsche” şirkəti dünya premyerası gələn ay Los-Anceles avtosalonunda keçiriləcək sportkar “911 Carrera GTS”-in yeni nəslinin rəsmi press-relizini yayımladı. Sələfi ilə müqayisədə avtomobil daha güclü və sürətli oldu, onu baza versiyasından isə bəzi texniki və kosmetik tamamlamalar fərqləndirir. Kupe və kabriolet “Porsche 911 Carrera GTS” satışa noyabrın sonlarında çıxarılacaq. Onun Almaniyada qiyməti ən azı 117 549 avro olacaq.

Keçən nəslin modelinə quraşdırılmış 3.8 litrlik altısilindrli oppozitli mühərrik 408-dən 430 a.g.-dək gücləndirilmişdi. Bu yeddipilləli robotlaşdırılmış PDK transmissiyası olan sportkara 100 km/saata 4,0 saniyəyə sürətlənməyə və maksimum 300 km/saat sürət yığmağa imkan verdi.

Altıpilləli mexaniki sürət qutusu olan zaman yüzə sürətlənmək vaxtı 0.2 saniyə artacaq, lakin maksimal sürət də artacaq – “GTS Coupe”-nin arxa ötürücülü modifikasiyasında sürət 306 km/saatdır. Bundan başqa, avtomobil üçün tam ötürücülü variant da təqdim olunacaq.

Avtomobili xarici görünüşcə 20 düymlük qara diskləri olan daha enli qanadlar, tündləşdirilmiş biksenon qabaq fənərlər, mühərrik bölməsinin qara ventilyasiya dəlikləri və buraxılış sisteminin tünd xromlaşdırılmış borularından fərqləndirmək olar.

Salonda oturacaqlar və cihaz paneli dəri və alkantar ilə tikilib, bundan başqa, alkantaranı idman sükanında, damda və qapı kartlarında görmək olar. “GTS” versiyasının baza avadanlığı siyahısına Sport Chrono paketi daxildir. O mühərrikin, transmissiyanın və asılqanın işini dəyişir. Tənzimlənən amortizatorları olan mexatron şassi PASM mexatron şassisi idman tərzindədir və 10 mm aşağı salınmış klirensə malikdir.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911 11.10.2014

Şərhlər


AD