Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey Ford Mustang-ı tamamladı

Amerika tüninq-atelyesi “Hennessey Performance” beşinci nəsil kupe “Ford Mustang”-ın “yüklənmiş” versiyasını təqdim etdi. Əsasən, beşlitrlik “səkkizliyin” faydalı iş əmsalı 435 a.g. və 529 Nm fırlanma anından 717 a.g. və 856 Nm-dək artıb.

Gücün artmasına Roots mexaniki kompressorunun quraşdırılması, paslanmayan poladdan yeni buraxılış sistemi və modernləşdirilmiş injektordan ibarət qurğunun sayəsində nail olunub. Bundan başqa, mütəxəssislər mühərriki elektron idaretmə blokunu modernləşdiriblər.

“Mustanqın” bu versiyası 0-dan 96 km/saata 3,6 saniyəyə sürətlənə və 4/1 mil dreq distansiyasını (402 metr) 11,2 saniyəyə keçə bilir. Bu zaman finişi keçərkən maksimal sürət 210 km/saatdır. Adi “Mustang” “yüzü” təxminən 4,5 saniyəyə yığır.

Kupe də həmçinin özünə yeni bamperlər, yan “ətəklər”, qabaq splitter daxil edən banın karbon aerodinamik asmasını, həmçinin arxa spoyler və diffuzor əldə edib. Bundan başqa, Michelin Pilot Super Sport şinləri “geyinmiş” 20-düymlük alüminium təkər diskləri və qabaq oxda 383 mm-lik diskləri olan Brembo əyləc mexanizmləri əlverişli olacaq.

“Yüklənmiş” “Mustang”-ın qiymətləri 59 500 dollardan başlayacaq. Cəmi 500 belə avtomobil düzəldiləcək. “Hennessey”nin gələcək planlarına 310 a.g. verən 2,3 litrlik EcoBoost turbomühərriki olan sportkarın modifikasiyası üçün tamamlanma proqramı hazırlamaq daxildir.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang, Hennessey Performance 09.10.2014

Şərhlər


AD