Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar XE tam ötürücü əldə edəcək

Britaniya şirkəti kompakt sedan “Jaguar XE”-ni “BMW” “üçlük” və “Mercedes-Benz”-in “S-klass” modelinə rəqib hesab edir. “ХЕ”-yə alıcılar əldə etmək üçün mücadilədə tam ötürücü və V8 mühərriki kömək edəcək. Sedan bunları model sırasının genişləndirilməsi zamanı əldə edəcək.

İndi “Jaguar ХЕ” yalnız arxa ötürücülü variantda mövcuddur, onun mühərrik qammasındakı ən güclü mühərrik – 340 a.g. verən kompressorlu V6-dır. Bu mühərrik sedanı 100 km/saata cəmi 5,1 saniyəyə sürətləndirir.

Lakin, “XE” layihəsinin rəhbəri Nik Millerin CarAdvice nəşriyyatına verdiyi məlumata görə, gələcəkdə “ХЕ” hal hazırda “F-Type”-a quraşdırılan 550 a.g. verən benzin V8 əldə edə bilər.

“ХЕ” model sırasının genişləndirilməsi zamanı tam ötürücü də əldə edəcək. Həmçinin 4х4 transmissiyasının yeniliyin “yüklənmiş” versiyaları üçün əlverişli olacağı istisna edilmir.

Hələlik isə “ХЕ” V6 mühərrikindən başqa Ingenium ailəsinin 2 litrlik və 4 silindrli (200 və 240 a.g.) turbomühərrikləri və həmin ailənin 2 litrlik turbodizelləri ilə təchiz olunur (163 və 180 a.g.).

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XE 09.10.2014

Şərhlər


AD