Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fiat 500-ü krossoverə çevirdilər

“Fiat” Paris avtosalonunda yeni şəhər krossoveri “500X”-i təqdim etdi. Yenilik şirkətin İtaliyanın Melfi şəhərindəki zavodunda yığılacaq. Satışlar gələn ilin əvvəlində dünyanın yüzdən çox ölkəsində başlanacaq. Krossoverin əsas rəqibləri “Captur”, “Nissan Juke”, “Opel Mokka” və “Honda HR-V”-dir.

“Fiat 500X”-in eksteryeri hetçbek “500”-ün uslubunu təkrar edir, lakin krossover daha böyükdür. Onun plastik kütlədən asması, genişləndirici təkər yarımhalqaları və artırılmış yol işığı zolağı var. Avtomobil “Fiat Punto” və “Opel Corsa”-nın əsasını təşkil edən SCCS platformasının modifikasiya edilmiş versiyasında düzəlib.

Qabarit məlumatları həmçinin kiçik hetçbek üslubunda hazırlanmış mikroven “500L”-lə uyğundur, lakin daha böyükdür: uzunluğu 4140 mm (3546 mm), eni 1780 mm (1627 mm), hündürlüyü 1660 mm (1488 mm). Yük yerinin həcmi – 350 litrdir. Alıcılara seçim kimi 12 müxtəlif ban rəngi təklif olunacaq. Mühərik sırası özünə dörd benzin və üç dizel güc qurğusu daxil edir. 1,4 litrlik MultiAir benzin mühərriklərinin gücü 120-dən 170 a.g.-dək təşkil edir.

Bundan başqa, 110 a.g. verən 1,6 litr həcmli mühərriki olan versiya da əlverişlidir. Satıcılara həmçinin 184 a.g. verən 2,4 litrlik Tigershark ailəsinin mühərriki təklif olunacaq. Dizel modifikasiyaları 1,3, 1,6 və 2,0 litrlik MultiJet güc qurğuları ilə təqdim olunur. Belə mühərriklərin gücü 95-dən 140 a.g.- dək təşkil edir.

Bütün mühərriklər beş və altıpilləli “mexanika”, altıdiapazonlu “robot” və ya doqquzpilləli “avtomatla” işləyirlər. Yeniliyi həm qabaq, həm də tam ötürücü ilə əldə etmək olar. Fiat 500X mühərrikin, sükan idarəetməsinin və əyləclərin iş rejimini yol şəraitindən asılı olaraq dəyişən Drive Mode Selector funksiyası ilə təchiz olunur. Sürücü avtomobildə cəmi üç hərəkət rejimi seçə bilər: Auto, Sport və All weather.

AUTO.AZ



teqlər:
Fiat, Fiat 500 09.10.2014

Şərhlər


AD