Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni TT-ə qapılar əlavə etdi

“Audi” şirkəti Paris avtosalonunda konseptual fastbek “TT Sportback”-i təqdim etdi. 5-qapılı “TT” ailəsinə daxil olacaq yeni seriyalı modelin prototipidir.

“TT Sportback” xaricdən “TT” rodster və kupe ilə eyni stilistikada hazırlanıb, lakin rodsterdən qabaq bamper və radiator barmaqlığı ilə seçilir. Yeniliyin əldə etdiyi digər xüsusiyyətlərə lazer fənərlər, 21-düymlük təkər diskləri və yeni qaz buraxma sistemi daxildir.

“Audi TT Sportback”-in qabaritləri 4,47х1,89х1,38 metr, oxlar arasında məsafə isə 2,63 metrdir. Beləliklə, avtomobil 29 sm daha uzun, 6 sm enli və 3 sm “TT” kupedən alçaq olub.

Təkər bazası 12 sm böyüyüb. Ailənin digər üzvləri kimi, konsept də MQB modul platformasında yığılıb. O, qabaqda makferson, arxada isə 4 rıçaqlı asılqan alıb. Salon bizə tanışdır: burada premial dəri, alüminium və parlaq qara aksentlərdən istifadə edilib.

Fastbek 400 a.g. və 450 Nm verən 2,0-litrlik TFSI turbodördlük alıb. O, 7-pilləli “S tronic” sürət qutusu və tam ötürücü ilə birgə işləyir. Bütün bunlar sayəsində konsept 100/km-ə 3,9 saniyəyə sürətlənir. Belə gücə baxmayaraq, yanacaq sərfiyyatı 100 km-ə 7 litrdir.

“Audi TT Sportback” çox güman ki, konveyerə çıxacaq, belə ki, texniki direktor Uilrix Hakenberq şirkətin TT sportkarlar sırasını daha praktiki modellə artırmaq niyyətində olduğunu bildirib.

AUTO.AZ



teqlər:
Audi, Audi TT 07.10.2014

Şərhlər


AD