Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Citroen yeni krossover təqdim etdi

“Citroen” şirkəti “C3-XR” adı almış kompakt krossoveri rəsmən təqdim etdi. Onun seriyadan əvvəlki variantı apreldə Pekin avtosalonunda fransızlar və DongFeng-dən olan çinlilər tərəfindən birgə hazırlanıb. Modelin satışları yalnız ÇXR-da nəzərdə tutulub və dekabrda reallaşdırılacaq.

Çin bazarına çıxan zaman “C3-XR” altıdiapazonlu avtomatik sürət qutusu ilə uyğunlaşan yeganə 160 a.g. verən turbolaşdırılmış benzin mühərriki ilə əlverişli olacaq. Baza komplektasiyasında yolsuzluq avtomobili qabaq ötürücülü olacaq.Tam ötürücülü modifikasiyanın meydana gəlməsi barədə heç bir məlumat yoxdur.

“Citroen C3-XR”-in təchizat siyahısına salona açarsız daxilolma və mühərriki düymə ilə işə salma sistemi, arxa görünüş kamerası, həmçinin Grip Control sistemi daxildir.

Sonuncu ESP-nin və məsələn palçıqda, qumda, qarda və ya sürüşkən yolda dartma sisteminin işini tənzimləyir. “Citroen”-də bildirdilər ki, Çin hal hazırda ən böyük avtomobil istehsalı bazarıdır: Bütün “Sitroenlərin” ¼ hissəsi ÇXR-da satılır.

AUTO.AZ



teqlər:
Citroen, Citroen C3-XR 07.10.2014

Şərhlər


AD