Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bakı öz tıxac problemi ilə bərabər böyüyür. Çoxlu sayda avtomobilin yolları bəzən iflic vəziyyətinə saldığı bir vaxtda isə yüksək manevr imkanlarına malik maşınlara ehtiyac artır. “Toyota Bakı Mərkəzi”nin PR üzrə mütəxəssisi Eldəniz Cəfərovun fikrinə görə belə sıx əhalisi olan şəhərlərin özünəməxsus avtomobilləri olmalıdır.

Sentyabr ayının 29-da “Toyota Bakı Mərkəzi”ndə təqdimatı keçirilmiş Toyota RAV4 2WD+ modeli, hamıya bu cür şəraitlərdə qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlməyə qadir olan bir avtomobilin təəssüratını bağışladı.

2013-cü ildən başlayaraq istehsal olunan yeni model tələbkar alıcıları xeyli yeniliklərlə sevindirdi: o, aerodinamik xüsusiyyətlər daxil olmaqla, bir çox təkmilləşdirilmiş keyfiyyətlərə malikdir.

Cəmi bir il sonra isə Azərbaycan bazarında daha yeni modifikasiya – Toyota RAV4 2WD+ təqdim edildi.

Təqdimat zamanı məlum oldu ki, Toyota RAV4 2WD+ avtomobilinin göstəriciləri onu şəhər mühitinə daha uyğun edir.

Toyota rəsmiləri RAV4 2WD+ hər kəs üçün əlverişli olmasını xüsusilə vurğulayırlar. Potensial alıcılar onu cəmi 23 300 manatdan başlayan qiymətə əldə edə bilərlər. Üstəlik, RAV4 2WD+ qənaətli yanacaq sərfiyyatı ilə fərqlənir. Bu isə yanacaq qiymətlərinin daima bahalaşdığı bir dövrdə danılmaz bir üstünlükdür. Ekspertlər hesab edir ki, RAV4 2WD+ sahibləri yanacaq xərclərinə ildə 500 – 700 ABŞ dollarına qədər qənaət etmiş olacaqlar. Həmçinin qeyd etmək vacibdir ki, RAV4 2WD+ modelinin mühərriki yanacaq cəhətdən qənaətli olmaqla yanaşı, eyni zamanda ekoloji baxımdan çox təmizdir və beynəlxalq ekoloji standartlara tam cavab verir. Rəsmi nümayəndələrin fikrincə, bu cür üstünlüklər onu ideal şəhər avtomobili edir.

Həmçinin qeyd olundu ki, hər bir Toyota məhsulu kimi RAV 4 2WD+ şirkətin ənənəvi fəlsəfəsinə - Keyfiyyətə, Möhkəmliyə və Etibarlılığa əsaslanaraq istehsal olunur.

Toyota RAV4 avtomobilini Toyotanın Azərbaycandakı rəsmi dilerləri “Toyota Bakı Mərkəzi” və “Toyota Gəncə Mərkəzi”ndən əldə edə bilərsiniz.

Toyota Bakı Mərkəzi



teqlər:
Toyota, Toyota RAV4 02.10.2014

Şərhlər


AD