Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Exotics Tuning asmasında BMW 2-Series Coupe

“Exotics Tuning” ban atelyesi tamamlanmış kompakt kupe “BMW 2-Series”-i təqdim etdi. Karbon lifindən hazırlanmış aerodinamik asma detalları və digər aksesuarlar sayəsində avtomobil daha aqressiv görünür.

Bundan başqa müştərilər eksklüziv konstruksiyalı təkər diskləri və texniki içliyin yüngül aqreydini sifarış edə bilərlər. Bu  satışdan sonrakı yüklənmə paketi xüsusilə hazırki ən güclü versiya olan “M235i”-də daha cəlbedici görünəcək.

Şəkildə təqdim olunan “BMW 2-Series Coupe” yan bağlayıcılarla bir dəstdə olan qabaq bamperin karbon splitteri, arxa bamperin üçqabırğalı diffuzoru, yan arxa görünüş güzgülərinin korpuslarının qoymaları və yük yerinin qapağının ensiz spoylerinə malikdir.

Ağ banın diqqəti daha çox cəlb etməsi üçün ona kontrast qara detallar, radiator barmaqlığı çərçivəsi və tonlaşdırılmış çüçələrin çərçivələrini əlavə ediblər. “İkilik” “Exotics Tuning” şirkətindən aşağı salınmış asılqan və millərinin arasında göy əyləc supportları yerləşən qara tutqun disklər əldə etdi.

AUTO.AZ



teqlər:
BMW, BMW 2-series, Exotics Tuning 01.10.2014

Şərhlər


AD