Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vilner unikal layihə təqdim etdi

Bolqarıstan tüninq-şirkəti “Vilner” rəsmən E64 banında kabriolet “M6”-nın bazasında düzəldilmiş unikal “BMW Stormtrooper” layihəsini təqdim edir. Keçmiş nəsil avtomobil məşhur saqa “Ulduz müharibələri”-nə həsr olunub və onun eksteryerini tünerlər İmperiya hücumçularının, Dart Veyderin əsgərlərinin təchizatı kimi üslublaşdırıblar.

Açıq Bavariya sportkarının banının əsasən də burun hissəsinin dizaynını, təkər disklərini tamamilə dəyişdilər və salonu yenidən bəzədilər. Avtomobilin fərdi sifarişlə hazırlandığı və ya şou-kar olduğu hələlik məlum deyil.

Ban üç qat “White Pearl” mirvari rəngi ilə örtülüb, lakin xüsusilə hazırlanmış asma detalları ilə təchiz olunub. Qabaqda ensiz fənərlər və üçbucaq şəklində radiator barmaqlığı, aşağıda iki splitteri olan tamamilə fərqli bamper və mühərrik bölməsi üçün ventilyasiya dəlikləri olan yenidən işlənmiş kapot görürük.

Yanlarda yeni qabaq qanadlar meydana gəlib. Burada enli yarımhalqalardan başqa ventilyasiya “qəlsəmələri”, astana qoymaları və arxa qanadlarda genişləndirilmiş təkər yarımhalqaları var.

Bundan başqa, yük yerinin qapağı və şəkildəyişmiş arxa bamperlə uyğunlaşması üçün tünerlər qapı və arxa qanadların xəttlərini dəyişiblər. Avtomobilə kastomlaşdrılmış arxa fənərlər və 20 düymlük qara milli və ağ rəfli disklər əlavə etdilər.

Daha çox təzad üçün dam və radiator barmalığının çərçivələri və arxa bamperin diffuzoru qəhvəyi rəngdə işlənib. İnteryer qəhvəyi nappa dərisi və bənövşəyi çalarlı alkantara ilə bəzənib.

Təhlükəsizlik kəmərləri, iDrive multimediya sisteminin selektoru və oturacaqların gümüşü-ağ söykənəcəkləri ağ tikişi tamamlayır. “Yüklənmiş” kabrioletin möhtəşəm salonunda həmçinin yer xalıları, karbon dekorativ qoymalar və sürücünün sol ayağını qoymaq üçün metal qoyma meydana gəlib.

5,0 litrlik 507 a.g. verən V10 mühərrikinə gəldikdə isə, o tamamlamasız qaldı. Əl ilə hazırlanmış ban detallarının kabrioletin çəkisinə necə təsir etdiyi məlum deyil. Adi “BMW M6 Convertible (E64)” ilk yüzü 4,8 saniyəyə yığa bilir və onun maksimal sürəti 250 km/saatdır.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, Vilner 01.10.2014

Şərhlər


AD