Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen hibrid Passat təqdim etdi

Səkkizinci nəsil yeni “Volkswagen Passat”-da hibrid versiya meydana gəlib və o, Parisdə rəsmi olaraq təqdim ediləcək. Avtomobil yüksək sürətlənmə dinamikası, yanacağa qənaət və kifayət qədər uzaq məsafə qət etmə xüsusiyyətlərini özündə cəmləşdirir.

Hibrid variant bir sıra kosmetik yeniliklər, adi mühərrik, fərqli salon və dəyişilmiş ləvazimatlar alıb. Avtomobil gələn ilin ortalarında satışa çıxarılacaq, lakin hazırda onun qiyməti barədə məlumat yoxdur.

“Volkswagen Passat GTE”-nin güc qurğusuna turbolaşdırılmış, 156 a.g. verən 1,4-litrlik benzin mühərrik və 114 a.g. verən elektrik mühərriki daxildir. Ümumi güc 218 a.g.-ə bərabərdir və bu, 6-pilləli sürət qutusu ilə avtomobili 100 km/saata 8 saniyədən az vaxta çatdırır, maksimum sürət isə 220 km/saatdır.

Qarışıq vəziyyətdə 100 km məsafəyə 2 litr işlətməklə, 50-litrlik yanacaq çəni təxminən 1000 km məsafəyə çatar.CO2-nin həcmi isə hər kilometrə 45 qramdır. 9,9 kVt/saatlıq tökmə-ionlu akkumulyatoru adi 240 voltluq elektrik şəbəkəsindən 4 saat 15 dəqiqəyə, 360 voltluqdan isə 2 saat 30 dəqiqəyə doldurmaq olar.

Hibrid versiyanı xarici görünüşdən təkcə lövhəciklərlə deyil, həmçinin fərqli qabaq bamper, diodlu hərəkət işıqları, radiator barmaqlığında ensiz göy xətt və böyük diametrli yüngüllehimli disklərlə tanımaq olar.

Dəri, yüngül plastik və alüminiumdan hazırlanmış salonda göy işıqlanma, yeni sükan və sürət qutusu rıçaqı var. Hibrid “VW Passat GTE”-nin standart komplektasiyasına 6,5-düym diametri olan sensorlu displey var və ona əsas məlumatlar və bir sıra funksiyaların idarəçiliyi ötürülüb.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Passat 01.10.2014

Şərhlər


AD