Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia hetçbek Rio-nu yeniləyib

“Kia” şirkəti Avropa avtomobil bazarı üçün nəzərdə tutulmuş yenilənmiş kompakt hetçbek “Rio” təqdim etdi. Geniş kütləyə isə Paris avtosalonunda göstəriləcək.

Beşqapılı avtomobil dəyişilmiş qabaq və arxa bamperlər, fərqli radiator barmaqlığı və yeni duman əleyhinə fənərlər alıb. Bununla yanaşı, hetçbek 15-, 16- və 17-düymlük yeni dizaynlı alüminium təkər diskləri ilə də təklif ediləcək.

Yeniliyin salonunda ventilyasiya sisteminin kənarlarında xromlaşdırılmış əlavələr, o cümlədən audio sistem üçün təkmilləşdirilmiş idarəetmə paneli peyda olub.

Restaylinq olunmuş “Rio”-nun əlavə ləvazimatlar siyahısına 7-düymlük sensor displeyi olan yeni nəsil multimedia dəsti daxildir. Hetçbekin mühərriklər qammasına 1,4 və 1,6-litr həcmi olan 75-dən 109-a qədər at gücü verən 4 benzin mühərrik daxildir.

Bütün mühərriklər “start-stop” sistemi ilə təklif edilir. Sürət qutusu – 5- və ya 6-pilləli “mexanika”, o cümlədən 4- və ya 6-pilləli “avtomat”. Yenilənmiş “Kia Rio” gələn ildən Avropada satışa çıxarılacaq.

Daha sonra “sedan” banı olan restaylinq olunmuş model gözlənilir.

AUTO.AZ



teqlər:
KIA, KIA Rio 01.10.2014

Şərhlər


AD