Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari ən güclü rodster göstərəcək

“Ferrari” şirkətinin  Paris avtosalonundakı yeniliyi məhdud 499 sayda buraxılacaq ən güclü rodster “458 Speciale A” olacaq. Bu modifikasiya keçən il debüt edən superkar “458 Speciale”-nin açıq versiyasıdır.

“A” hərfi isə italyan sözü aperta-nin (açıq) qısaldılmış variantıdır. Təqdimat mərasimindən bir qədər sonra avtomobil satışa buraxılacaq. Onun qiyməti təqribən 300 000 avro olacaq.

14 saniyə ərzində qatlanan sərt alüminium dam avtomobilin çəkisini cəmi 50 kq artırdı ki, bu da sürətlənmə dinamikasına demək olar ki təsir etmədi. Avtomobil 9000 d/dəqiqədə 605 a.g. və 6000 d/dəqiqədə 540 Nm verən 4,5 litrlik V8 atmosferli mühərriklə təchiz olundu.

İstehsalçının verdiyi məlumata görə robotlaşdırılmış yeddipilləli transmissiyası olan 1340 kq-lıq açıq superkar 100 km/saata 3,0 saniyəyə, 200 km/saata isə 9,5 saniyəyə sürət yığır.

Kupe və rodster Fiorano yarış trassının dairəsini 1 dəqiqə və 23,5 saniyəyə keçirlər. “Ferrari 458 Speciale A”-nın banı aqressiv asma və kapot, mühərrik bölməsinin qapağı və arxa spoylerdən keçən enli ikirəngli zolaqdan ibarət yarış livreyasına malikdir.

Salonu göy karbon lifindən qoymalarla bəzəyib alkantara və xüsusi parça ilə işlədilər.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 458 Italia 30.09.2014

Şərhlər


AD