Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald-dan Mercedes M-Class Black Bison

“Wald International” Yaponiya tüneri krossover “Mercedes-Benz M-Class”-ın üçüncü və hal-hazırda sonuncu nəsli üçün Black Bison seriyasından olan aqressiv asmasının üzərindəki işi bitirib.

Avtomobil daha da idman üslubunda və dəbli görünməyə başlayıb , onun yeni şəklini isə təkcə ban detalları deyil, həmçinin xüsusilə hazırlanmış dəbli aksesuarlar və eksklüziv konstruksiyalı təkər diskləri yaradır. Texniki tamamlamalara gəldikdə isə onlar yalnız asılqanın aşağı salınması imkanı ilə təqdim olunur.

W166 banında “Mercedes ML” lüks yolsuzluq avtomobilinə üç böyük hava çıxışı və böyük aşağı dodağı və şaquli diodlu hərəkət işıqları ilə birləşən tamamilə yeni qabaq bamper, genişləndirilmiş təkər yarımhalqaları, yan ətəklər və mərkəzində diodlu duman əleyhinə fənər olan arxa bamperin diffuzoru aqressivlik verdi.

Qabaq qanadlardakı ventiyasiya dəlikləri, arxa qapıların qoymaları, qazçıxma sisteminin ikilənmiş paslanmayan boruları və qanaqdalardakı oyuqları dolduran böyük diametrli çoxmilli disklər sayəsində krossover daha da idman üslubunda görünür. Bundan başqa müştəriyə fərdi ban bəzəyi təklif edəcəklər.

AUTO.AZ



Şərhlər


AD