Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-AMG GT xüsusi versiya əldə etdi

“Worldcarfans” nəşriyyatı superkar “Mercedes-AMG GT – Edition 1”-in ilk xüsusi modifikasiyasının rəsmi şəkillərini əldə etdi. Avtomobil modelin satışına başlandıqda ilk 12 ay ərzində təklif olunacaq.

Onun ictimai debütünün oktyabrda Paris avtosalonunda keçiriləcəyi gözlənilir. “Edition 1”-i adi “Mercedes-AMG GT”-dən arxa palçıqqoruyucu, bir qədər dəyişilmiş qabaq və arxa bamperlər, həmçinin başqa yan “ətəklərlə” fərqləndirmək olar.

Yeniliyin interyerinin əvvəlcədən buraxılmış şəkillərindən superkarın sükanında “Edition 1” isimliyinin meydana gələcəyi və spidometr və taxometrin şkalasının isə sarı rəngə boyanacağı görünür.

Xüsusi versiyanın texniki xüsusiyyətləri dəyişilməyib. Superkar baza versiyasında 462 a.g., “S” modifikasiyasında isə 510 a.g. verən dördlitrlik tvin-turbo “səkkizliyi”ilə təchiz olunur. Transmissiya – iki muftalı yeddipilləli “robot”-dur.

“AMG GT” ilk “yüzü” 3,8 saniyəyə yığa bilər. Onun maksimal sürəti isə 310 km/saat nişanında elektronika ilə məhdudlaşıb.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz AMG GT 26.09.2014

Şərhlər


AD