Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner BMW M4 Coupe təqdim etdi

“Vorsteiner” şirkəti “BMW M3 və M4 Coupe” sportkarları üçün avtomobillərin idman xarakterini nəzərə çarpdıran “GTS” tüninq proqramı hazırladı.

Satışdan sonrakı tamamlama paketi kosmetik yeniliklərə yönəlib, lakin özünə yüngül texniki kökləmə də daxil edir. Aerodinamik asma və yeni təkərlərdən başqa avtomobil sahiblərinə yeni üslubu tamamlayan vinil yapışqanlar da təklif edəcəklər.

Qabaq bamperin aşağı dodağı və arxa bamperin beşqabırğalı diffuzoru karbon lifindən əl ilə hazırlanıb. Bundan başqa avtomobil Vorsteiner firma emblemi və kapota dekorativ zolaq əldə edib.

Arxa hissəni qazçıxma sisteminin 90 mm-lik boruları bəzəyir. Zavod təkərlərinin yerinə 20 düymlük qara tutqun disklər quraşdırıblar. Bu disklər ağ ban və sarı əyləc supportları ilə kontrast təşkil edir.

Qabaq diskləri 275/30, arxa diskləri isə 295/30 ölçülü Michelin Pilot Super Sport şinlərinə “bürüyüblər”. 3,0 litrlik TwinPower Turbo “altılığı” üçün heç bir tamamlama nəzərdə tutulmayıb, çünki o standart 431 a.g. və 550 Nm fırlanma anı verir.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4, Vorsteiner 26.09.2014

Şərhlər


AD