Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda Civic ailəsini yenilədi

“Honda” şirkəti avropa bazarı üçün “Civic” ailəsinin sonuncu nəslini yenilədi və ilk növbədə aqressiv dizaynla fərqlənən Sport idman versiyasını hazırladı. Avtomobillərin eksteryerlərinin dizaynını təzələdilər, interyerin bəzəyini bir qədər dəyişdilər və müasir sistemlər əlavə etdilər.

Yeniliyin dünya premyerası oktyabrın əvvəllərində Paris avtosalonunda keçiriləcək. Ondan sora 2015-ci model ilinin “Honda Civic”-i satışa çıxarılacaq. Sedan və universalı diodlu hərəkət işıqları birləşdirilmiş yenidən işlənmiş qabaq bamper və baş optikası ilə təchiz etdilər.

Hetçbek daha təsirli yan ətəklər, qara arxa spoyler, kiçik diffuzoru olan yenidən işlənmiş arxa bamper və diodlu arxa fənərlərlə təchiz olunub. “Civic Sport” modifikasiyası torlu radiator barmaqlığı, qabaq bamperdə torla örtülmüş hava çıxışları, banın rənginə boyanmış arxa spoyler və qara rəngə boyanmış 17 düymlük yüngül lehimli təkər diskləri əldə edib.

İlin axırınadək debüt edəcək “yüklənmiş” “Civic Type R” modifikasiyası da oxşar dizayna malik olacaq. Adi və idman versiyasının salon tərtibatında ciddi fərq yoxdur.  Daxildə yalnız yeni bəzək materialları, qapıların xromlaşdırılmış qulpları və qara dekorativ qoymalar meydana gələcək.

Avtomobili 7 düymlük sensorlu displeyi olan Honda Connect multimediya sistemi, Android 4.0.4 əməliyyat sistemi və naviqasiya ilə təchiz ediblər. Avtomobilin standart komplektasiyasına 30 km/saat sürətdə işləyən toqquşmanın qarşısını alma sistemi daxildir. “Honda Civic Sport” modifikasiyası 120 a.g. verən 1,6 litrlik i-DTEC dizel mühərriki, həmçinin 142 a.g. verən 1,8 litrlik benzin mühərriki ilə təklif olunur.

AUTO.AZ



teqlər:
Honda, Honda Civic 26.09.2014

Şərhlər


AD