Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“PAŞA Həyat”ın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirilib

“PAŞA Həyat Sığorta” ASC-nin baş sponsurluğu, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə Bakıda “İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional konfrans keçirilib.

Prezident İlham Əliyevin ölkəmizdə 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar keçirilən konfransda Azərbaycandan və Türkiyədən iqtisadiyyat və sənaye nazirliklərinin nümayəndələri, eləcə də yüksək səviyyəli hökumət nümayəndələri, universitet və araşdırma institutlarının tanınmış alimləri, qeyri-hökumət təşkilatları və özəl sektor (həm real sektor, həm də maliyyə sektoru olmaqla) təmsilçiləri iştirak ediblər.

Konfransın gedişində birinci panel üzrə çıxışlarda natiqlər Azərbaycan və Türkiyənin sənayeləşmə prosesinin mərhələləri və qazanılan nailiyyətləri, Azərbaycan və və Türkiyənin sənayeləşmə siyasətləri və müasir dövrün çağırışları, həmçinin fərqli saneye modellərinin müqayisəli üstünlüklərinin analizi, sənaye sektorunun davamlı iqtisadi artıma və rəqabətli iqtisadiyyata təsiri mövzusunda geniş məruzə ilə çıxış ediblər.

Tədbirin ikinci hissəsində isə sənayenin inkişafında özəl sektorun önəmi və sənayenin maliyyələşməsi, saneye sektoru ilə maliyyə sektorunun əlaqəsi, sənaye sahələrinin keyfiyyətli insan resurları ilə təminatı, həmçinin sənaye şirkətlərinin təhsil və innovasiya ehtiyacları məsələləri müzakirə edilib.

Press-relizlə bağlı əlavə məlumat almaq üçün şirkətin İctimaiyyətlə Əlaqələr Xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Nərimanov r-nu
Mayakovski küçəsi, 15
Bakı AZ1154, Azərbaycan

Tel:     (+99412) 567 32 36
Faks:  (+99412) 567 32 39
Mob:    (+99455) 252 41 10

E-mail:  office@pasha-life.az
www.pasha-life.az



25.09.2014

Şərhlər


AD