Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lightweight tüninqində BMW M4 Coupe

Almaniyanın ən yeni sportkupesi “BMW M4”-ü bavariya konserninin laboratoriyasından çıxan ən yaxşı nümunə adlandırırlar. Lakin “Lightweight” tüninq-atelyesinin mütəxəssisləri sportkarı cüzi də olsa yüxşılaşdırmağa imkan tapıblar.

Əsasən ikiqat turbo yükləyicisi olan 3-litrlik mühərrik təkmilləşdirilib. Standart “BMW M4”-də o, 431 a.g., 550 Nm fırlanma anı verir, lakin tünerlər bu rəqəmləri 520 a.g, 650 Nm edə biliblər. Bundan əlavə, kupe səstənzimləyici klapanı olan titandan yanacaq buraxma sistemi də alıb.

Tünerlər “BMW M4”-ü “Bilstein Clubsport”-un komponentləri ilə yenilənmiş asılqan, güclü əyləc, qabaq oxda 265/35/19, arxa oxda isə 285/35/19 ölçüləri olan “Michelin Pilot Sport Cup 2” şinləri keçirilmiş 19-düymlük “BBS” təkər diskləri ilə təchiz ediblər.

Ümumilikdə, cüzi elementlər sayəsində “BMW M4” daha parlaq idman xarakteri aldı. Bunlardan ən nəzərə çarpanı qabaq bamperdəki karbon spoyler və elə həmin materialdan təkmilləşdirilmiş palçıq qoruyucusu oldu.

“Lightweight”-dən bildirirlər ki, onlar “BMW M4”-ü radikal sportkara da çevirmək iqtidarındadırlar – tünerin ləvazimatlar siyahısına təhlükəsizlik karkası, idman oturacağı, təkmilləşdirilmiş aerodinamik asma və s. daxildir.

Standart “BMW M4”-ün Almaniyada qiyməti 72200 avrodur. “Lightweight” atelyesinin mütəxəssislərinin xidmətləri ilə birgə baza qiyməti 89000 avroya qədər artır.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M4, Lightweight 24.09.2014

Şərhlər


AD