Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mitsubishi  hibrid krossover təqdim etdi

Qarşıdan gələn Paris avtosalonunda təqdim olunacaq daha bir hibrid krossover “Mitsubishi Motors” şirkətindən “Outlander PHEV Concept S” olacaq. Konseptin əsasında daha cəlbedici eksteryer dizaynı əldə etmiş seriya modeli “Outlander PHEV”-dir. İstehsalçı onu daha “zərif” adlandırır.

İdman xarici görünüşünə daxili içliyin bahalı bəzəyini əlavə etdilər, lakin avtomobilin texniki içliyində dəyişiklik etmədilr. Prototipin xaricində baş işığının ensiz fənərləri, xromlaşdırılmış başqa radiator barmaqlığı və yenidən işlənmiş qabaq bamper meydana gəlib.

Arxada uzadılmış diodlu fənərlər və xromladırılmış qoymalar görmək olar. Arxa bamper çox az dəyişib, beşinci qapının şüşəsinin üstündə böyüdülmüş spoyler quraşdırılıb, qanadlar isə dəbli ikirəngli yüngül lehimli disklərlə doldurulub.

Ağ “Platinum White” banı tonlaşdırlımış şüşələr, qara və xromlaşdırlımış detallarla uyğunlaşaraq avtomobilin xarici görünüşünə zəriflik verir.

Salonda qırmızı dəridə kontrast qara dekorativ plankalardan, “Black & Burgundy” ikirəngli bəzək sxemindən istifadə olunub.

“Mitsubishi Outlmalarander PHEV Concept S” dördmilli sükana, qırmızı tikişə və gümüşü dekorativ qoymalara malikdir. Bu versiyanın seriyaya buraxılacağı hələlik dəqiqləşdirilmir.

AUTO.AZ



teqlər:
Mitsubishi, Mitsubishi Outlander 23.09.2014

Şərhlər


AD