Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vencer superkar Sarthe təqdim etdi

“Vencer” şirkəti “Sarthe” adlı özünün ilk və hələlik yeganə superkarının seriyalı versiyasını təqdim edib. Onun hazırlanması üçün hollandlar 4 il vaxt sərf ediblər. Prototiplə müqayisədə superkarda 100-dən çox yenilik edilib.

“Vencer Sarthe”-nin konstruksiyasında əsas dəyişiklik yeni güc qurğusudur. İstehsalçı “Chevrolet Corvette”-dən olan 6,2-litrlik V8 mühərrikindən istifadə etməkdən imtina etdi, onun yerini isə daha güclü – 6,3-litrlik mühərrik tutdu.

Beləliklə, superkarın gücü 510-dan 622 a.g.-ə qədər artdı, fırlanma anı isə 838 Nm təşkil etdi. 6-pilləli “mexaniki” sürət qutusu ilə birgə mühərrik “Vencer Sarthe”-ni 100 km/saata 3,6 saniyəyə çatdırır. Bu, əvvəlkindən 0,2 saniyə tezdir. Hollandiya superkarının maksimal sürəti 338 km/saatdır.

“Sarhe”-nin asılqanı ikiqat köndələn rıçaqdan ibarətdir. Təkcə yüksək dözümlü poladdan və alüminiumdan deyil, həmçinin xromdan olan konstruksiya sayəsində superkarın çəkisi 1390 kq olub.

Çəki oxlar arasında 45:55 nisbətində arxa oxun xeyrinə bölünür. “Vencer”-dən bildirirlər ki, onlar ayda bir “Sarthe” yığa bilərlər.

İstehsalçı işini yüksək qiymətləndirir: Holland superkarının qiyməti 270 min avrodur.

AUTO.AZ



teqlər:
Vencer, Vencer Sarthe 22.09.2014

Şərhlər


AD