Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ProDrive-dan Porsche Panamera Techart

Dünyada elə də məşhur olmayan atelyelər tanınmış Avropa şirkətlərinin detallarından istifadə edərək möhtəşəm avtomobillərin təkmilləşdirilməsi ilə məşğul olurlar.

Belə tünerlərdən biri də Tayland-ın “ProDrive” şirkətidir. Bu yaxınlarda taylandlılar lüks hetçbek “Porsche Panamera” üzərində işlərini tamamladılar. Onlar avtomobili alman tüninq-atelyesi “Techart”-dın istehsalı olan aerodinamik asma “Grand GT” və 21-düymlük “ADV.1 Wheels” diskləri ilə təchiz etdilər. Kosmetik yeniliklərlə yanaşı, “ProDrive” avtomobilin texniki hissəsini də bir qədər təkmilləşdirib.

Qarışıq materiallardan (karbon lifi, poliuritan, şüşə lifi və plastik) hazırlanmış enli bodi-kit 5-qapılı 4-yerli sportkarın xarici görünüşünü üç böyük ventilyasiya kəsiyi olan qabaq bamper, yan ətəklər, təkər arkaları genişləndiriciləri, qabaq qanadlarda “qəlsəmələr”, baqaj qapısında spoyler və yenilənmiş arxa bamper sayəsində daha aqressiv edib.

Avtomobil, həmçinin diodlu hərəkət işıqlarına, ventilyasiya olunan kapota və qaz buraxma sistemi üçün 4 oval boruya malikdir. Qızılı 22-düymlük çoxmilli disklər və aşağı salınmış asılqan məharətlə avtomobilin eksklüzivliyini və idman obrazını tamamlayır.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Panamera, TopCar 22.09.2014

Şərhlər


AD