Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen kompakt hetçbeki yeniləyib

“Volkswagen” kompakt hetçbek “Polo”-nu yeniləyib və onu Parisdəki beynəlxalq  avtosalonda təqdim edəcək. 2015-ci model ilinə məxsus “Polo GTI” daha güclü mühərriklə təchiz edilib, o cümlədən eksteryeri və interyeri bir qədər yenilənib.

Bununla yanaşı, avtomobilin idarəçiliyi, dinamik sıçrayışı, hərəkət keyfiyyətləri və rahatlığı da yaxşıılaşdırılıb. Restaylinq olunmuş variant təqdimatdan dərhal sonra satışa çıxarılacaq. İkili yükləyicisi olan 1,4-litrlik 4-silindrli mühərrik 192 a.g. və 320 Nm maksimal fırlanma anı verən 1,8-litrlik turbolaşdırılmış EA888 ilə əvəz edilib.

Beləliklə, avtomobil əlavə12 a.g.-ə və 70 Nm-ə malik olub. İndi opsional olan əvvəlki robotlaşdırılmış DSG sürət qutusu ilə yanaşı, avtomobil standart 6-pilləli mexaniki sürət qutusu ilə təchiz edilir.

100 km/saata sürətlənmə vaxtı isə 6,9-dan 6,7 saniyəyə qədər azalıb, maksimal sürət isə 229-dan 236 km/saata qədər artıb. Restaylinq olunmuş “VW Polo GTI” yenilənmiş bamperlərə, fərqli radiator barmaqlığına və bir qədər dəyişilmiş qabaq fənərlərə malikdir.

Salonda sükan və torpeda dəyişilib, qara dekorativ əlavələr peyda olunub, yeni multimedia sistemi quraşdırılıb.

Bundan əlavə, salonda asılqanın amortizatorlarının sərtliyini tənzimləmək üçün düymə də peyda olub.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Polo 22.09.2014

Şərhlər


AD