Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

CEC Wheels Jeep Wrangler-i tamamladı

Unikal təkər diskləri ilə məşhur olan “CEC Wheels” Amerika şirkəti seriya avtomobillərinin tamamlanması ilə də məşğul olur. Bu sahədə yeni layihə xüsusi yolsuzluq avtomobili “Jeep Wrangler” oldu.

2014-cü ilin modeli əsasında sərt of-road üçün avtomobil düzəltdilər. Modifikasiya edilmiş yolsuzluq avtomobili texniki və kosmetik yeniliklərə məruz qaldı. Bu yeniliklər onun qiymətini 69 999 dollaradək artırdı. “CEC Wheels” avtomobili bu qiymətə satmağa razıdır.

Açıq beşqapılı “Wrangler Unlimited”-i qapı və damdan məhrum etmək olar, bu dərə-təpəlik yerləri fəth etməyə hazırlaşarkən çox sərfəlidir. Şəhər üçün isə ikirəngli ban yarayır. Burada açıq-qəhvəyi çalar qara detallarla yaxşı uyğunlaşır.

Avtomobil gücləndirilmiş bamperlər, qabaq zireh və bucurğad, yan mühafizə qövsləri və böyük 37 düymlük Goodyear MTR şinləri yerləşdirilmiş yeni qanadlar əldə edib.

Bundan başqa tünerlər əlavə diodlu işıqlandırma cihazları quraşdırdılar və yolsuzluq avtomobilinin asılqanının enerji həcmini artırıb və klirensini çoxaldıb onu demək olar ki, tamamilə yenidən işlədilər.

AUTO.AZ



teqlər:
Jeep, Jeep Wrangler, CEC Wheels 20.09.2014

Şərhlər


AD