Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volvo XC90 R-Design idman paketi əldə etdi

“Volvo” şirkəti öz yolsuzluq avtomobilini daha da idman üslubunda etməyin yolunu élan etdi. “R-Design” firma seçim paketinin quraşdırılması “XC90”-nın həm xarici görünüşünə, həm də interyerin tərtibatına təsir edəcək.

“Volvo XC90 R-Design” görünüşcə başqa radiator barmaqlığı, tamamlanmış qabaq bamper, damda gümüşü reylinqlər və yan güzgülərin eyni rəngli korpusları, həmçinin 20 düymlük orijinal təkər diskləri ilə fərqlənəcək.

Yolsuzluq avtomobilinin interyerində dəri və nabuk ilə işlənmiş idman oturacaqları, deşilmiş dəri çəkilmiş sükan və sürət qutusunun qolu meydana gələcək.

Bundan başqa, paketə pedallara və astanalar qoymalar, xüsusi xalılar və xüsusi şəkildə tərtib olunmuş alışdırma açarı daxildir. Multimediya sisteminin 12,3 düymlük displeyi “idman” tərtibatı əldə edəcək.

“Volvo”-nun marketinq üzrə vitse-prezidenti Alan Visserin dediyinə görə - “ “R-Design” paketi həyata kəskinlik əlavə edən əşyaları xoşlayan adamlar üçün yaradılıb”.

“Volvo”-da “R-Design” paketinin “XC90”-nın 400 a.g. verən hibrid qurğu ilə təchiz olunmuş modifikasiyasında daha münasib görsənəcəyini hesab edirlər.

AUTO.AZ



teqlər:
Volvo, Volvo XC90, R-Design 20.09.2014

Şərhlər


AD