Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

G-Power tüninqində BMW M6 Gran Coupe

“BMW” markalı seriya modellərinin bazasına əsaslanan və güclü sportkarları ilə məşhur olan “G-Power” alman atelyesinin hazırkı işi dördqapılı kupe “M6 Gran Coupe”-nin tüninq proqramı oldu.

Bu güclü Bavariya “altılığının” sahiblərinə 16 424 avroya mühərrikin gücünün artırılması və satışdan sonrakı köklənmənin digər aksesuarları və detalları əlverişli oldu. Müştərinin istəyinə görə tünerlər avtomobilin daxili içliyinin yenilənmiş bəzək variantını da sifariş edə bilərlər.

Bi-Tronik paketi 4,4 litrlik V8 tvin-turbo mühərikinə əlavə 180 a.g. və 295 Nm gətirdi. Beləliklə, indi mühərrikin maksimal gücü 6000-7000 d/dəqiqədə 740 a.g. təşkil edir. Maksimal fırlanma anı isə 4800 dövrdə 975 Nm-ə çatır.

Belə nəticə əldə etmək üçün mühərriki elektron idarəetmə blokunu yenidən yükləmək və zavod buraxılış sistemini titandan hazırlanmış və 12 kq az gələn yeni analoqla əvəz etmək kifayət edir. Sərfəli idman kupesi 200 km/saata cəmi 10,5 saniyəyə sürət yığa bilir. Onun maksimal sürəti isə 300 km/saatı çox keçir.

Avtomobilin tamamlamasını qabaq oxda 255/30, arxa oxda isə 295/25 ölçülü, Michelin şinlərinə “bürünmüş” 21 düymlük lehimli Hurricane RR diskləri, asılqanın tənzimlənməsi və çox məhsuldar qabaq əyləc sisteminin 420 mm-lik disklər və 6-porşenli supportlar vasitəsilə montaj edilməsi ilə davam etmək olar.

Təkərlər 7649 avro, koyloverlər 2570 avro və 50 % yüngülləşdirilmiş keramika əyləclər sifarişçinin pul kisəsini 14 460 avro yüngülləşdirəcək.

“BMW M6 Gran Coupe”-nin interyeri üçün tünerlər erqonomik idman sükanı, karbon dəri və alantara ilə uyğunlaşdırılmış işləmə, karbon lifindən çox sayda dekorativ plankalar, unikal yer xalısı dəsti və arxa sərnişinlər üçün tavanda qatlanan ekran və oturacaqların başaltılarına bərkidilmiş iki planşet kompyuteri olan əyləncə sistemi təklif edəcəklər.

Müştərinin sifarişi ilə almanlar avtomobilin yük yerini alkantara ilə işləyib ona karbon dəridən xalı sərəcəklər və eksklüziv örtük və çanta dəsti hazırlayacaqlar.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, G-Power 20.09.2014

Şərhlər


AD