Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar-dan Porsche Panamera Stingray GTR

Rusiyanın tüninq-atelyesi olan “TopCar” möhtəşəm və eksklüziv layihəni – “Stingray GTR”-ı təqdim etdi. Minimal dəyəri 40700 avro olan paket premium sinfinə məxsus hetçbek “Porsche Panamera”-ya ünvanlanıb ki, bu da seriyalı avtomobili “idmançı” edib. Dəbli disklər, ikirəngli işləmələr, əlavə aksessuarlar və bəzi texniki hissələr şəkildə gördüyümüz şou-kara daha çox fərdilik qatıb.

Avtomobil enli alt dodağı olan yeni qabaq bamper, enli təkər arkaları, yan ətəklər, qabaq qanadlarda qəlsəmələr, arxa qapılarda əlavələr, beşinci qapıda spoyler və 4-qabırğalı diffuzoru olan arxa bamperlə təchiz edilib.

Bu hissələrin heç də hamısı 47150 avro qiyməti olan standart bodi-kitə daxil deyil. Müştərinin istəyinə uyğun olaraq onu karbon lifindən hazırlamaq olar. Həmçinin qeyd edilməlidir ki, ventilyasiya olunan kapot 5000, karbon diffuzor 2750, arxa spoyler 3500, yan moldinqlər 4000 və karbon ətəklər 2500 avro dəyərindədir.

Bütün opsiyaları sifariş etmək üçün 61780 avro pul ödəmək lazımdır. “Porsche Panamera” çoxlu göy aksentlər alıb. Bundan əlavə, 5-qapılı alman sportkarının şüşələri və arxa fənərləri də tündləşdirilib.

Aşağı salınmış asma ilə yanaşı, möhtəşəm hetçbek aşağıprofilli enli “Pirelli” şinləri olan 2-rəngli və çoxmilli “ADV.1 Wheels” diskləri ilə təchiz ediliblər.

Xarici hissədə, həmçinin Moskva atelyesinin emblemini və modelin yeni adı olan “Stingray” yazısını görmək olar. “TopCar” müştərilərə əlavə pul ödəməklə daxili bəzək və mühərrik təkmilləşdirilməsi də təklif edir.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Panamera, TopCar 18.09.2014

Şərhlər


AD