Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Wald-dan Maserati Ghibli Black Bison

Yapon tüninq atelyesi “Wald International” sedan “Maserati Ghibli”-nin satışdan sonra tənzimlənməsi üçün hazırlanmaqda olan proqramının ilk iki rəsmini təqdim edib. Lüks italyan avtomobilini məşhur “Black Bison” seriyasından olan aerodinamik asma və digər eksklüziv aksessuarlarla təchiz ediblər. Bundan əlavə, yüngül texniki dəyişikliklər də sifariş etmək olacaq. Tüninq olunmuş kompakt sedanın rəsmi təqdimatı bu yaxınlarda keçiriləcək.

Tor ilə örtülmüş havaçıxıntıları və diodlu vertikal hərəkət işıqları olan yeni qabaq bamper, qabarıq yan ətəklər, diffuzoru və baqaj üzərində spoyleri olan dəyişilmiş arxa bamper sayəsində avtomobil daha unikal və aqressiv görünür. “Maserati Ghibli”-nin xarici görünüşündə, həmçinin qaz buraxma sisteminin iki oval borusuna və lüks sedanın nadirliyinə işarə verən “Wald” atelyesinin lövhəciklərinə rast gəlmək olar.

İstəyə uyğun olaraq və əlavə pul ödədikdə yaponlar avtomobilin asmasını aşağa sala və zavod təkərləri əvəzinə çoxmilli böyük ölçülü təkərlər quraşdıra bilərlər. Yenilik barədə daha ətraflı yalnız rəsmi debütdən sonra məlumat veriləcək.

AUTO.AZ



Şərhlər


AD