Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar-dan  BMW X5 Lumma Design

Rusiyanın tüninq-atelyesi olan “TopCar” təkcə tüninq dəstlərinin istehsalı və quraşdırılması ilə deyil, həmçinin tanınmış tərəfdaşlarının tüninq-paketlərini müştərilərə təklif etməklə məşğuldur.

Onların belə tərəfdaşlarından biri də seriyalı krossover “BMW X5 M50d”-ə yeni asılqan quraşdıran alman şirkəti “Lumma Design”-dır. 22850 avroya başa gələn təkmilləşdirmədən sonra avtomobil “CLR X5 RS” adlandırılıb.

Dizel ilə işləyən idman yolsuzluq avtomobili tam “CLR RS” bodi-kiti alıb ki, ona böyük hava çıxıntıları, torla örtülmüş aşağı splitter və diodlu hərəkət işıqları olan fərqli qabaq bamper, təkər arkalarının genişləndiriciləri, kandar əlavələri, arxada iki ədəd spoyler, diffuzoru və qaz buraxma sisteminin boruları üçün yeri olan yeni arxa bamper daxildir.

“X5”-in ən güclü dizel versiyası 7500 avro dəyərində olan 23-düymlük qara çoxmilli təkər diskləri və aşağı salınmış asma alıb. İnteryeri yenidən ikirəngli bahalı dəri ilə tikiblər və alman tüninq atelyesinin dekorativ aksessuarları ilə bəzəyiblər (alüminium pedallar, nadir xalılar, qapı kandarlarında xüsusi lövhəciklər).

AUTO.AZ



teqlər:
BMW, BMW X5, Lumma Design, TopCar 16.09.2014

Şərhlər


AD