Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford yeni nəsil S-Max təqdim edib

“Ford” şirkəti yeni “S-Max”-ı ictimaiyyətə təqdimetmə proseduruna başlayıb. O, indiki “Ford Focus” üslubunda xarici görünüş, daha çox avadanlıq, yeni platforma alıb, lakin istehsalçı hələlik informasiyanın bir hissəsini sirr olaraq saxlayır.

Miniven yeni nəsil sedan “Ford Mondeo” ilə eyni platforma alıb. “Ford”da hələlik mühərrik qamması barədə məlumat verməyə tələsmirlər, lakin bəzi məlumatlara görə, miniven üçün əsas mühərrik 2,0-litrlik dizel olacaq. Onu birbaşa 3 variantda (118-dən 117-ə qədər a.g.) təklif edəcəklər.

Yeni “S-Max” 240 a.g. verən 1,5-dən 2,0-litrə qədər həcmi olan “EcoBoost” ailəsinə məxsus benzin mühərriklər də alacaq. Məlumdur ki, dizel ilə işləyən minivenlər yalnız 6-pilləli “mexanika”, benzin versiyaları isə ikili muftası olan “robot” ilə təchiz ediləcəklər.

Miniveni hər üç oturacağı tənzimləyən elektrik idarəetmə sistemi, arxa sərnişinlər üçün əlavə təhlükəsizlik yastıqları, qabaq oturacaqlarda qızdırılma, ventilyasiya və massaj funksiyaları ilə təchiz edəcəklər.

Baqaj qapısını ayağı arxa bamperin altına uzatmaqla açmaq olacaq. Bu funksiya krossover “Ford Kuga”da da var.

AUTO.AZ



teqlər:
Ford, Ford S-Max 16.09.2014

Şərhlər


AD