Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche eksklüziv Cayenne təqdim etdi

“Porsche Exclusive” bölməsi tənzimlənmiş növbəti seriyalı avtomobilini – yolsuzluq avtomobili “Cayenne S”-i təqdim etdi. Fərdiləşmə üçün bütün mümkün imkanlardan istifadə edən alman dizaynerləri eksteryeri və interyeri yeniləyiblər.

Avtomobil xüsusi ban rənginə və yeni daxili bəzəyə malikdir. Bundan əlavə, bəzi aksessuarlar da onun fərdiliyini vurğulayır. Texniki cəhətdən elə də ciddi dəyişiklik edilməyib və yeni 3,6-litrlik V6 tvin-turbo mühərrik əvvəlki kimi yenə də 420 a.g. verir.

Banı məxsusi açıq-qəhvəyi “Palladium Metallic” rəngi ilə boyayıblar ki, bu rəng həm də çoxmilli yüngüllehimli təkər disklərində də istifadə edilib. Əla təzad üçün qabaq fənərlər, şüşələr tündləşdirilib və bəzi detallar qara rəngə boyanıb.

Fərqli qabaq bamper altlığı, arxa bamperdə yeni əlavə və qaz buraxma sisteminin 4 dairəvi borusu avtomobilin idman xarakterini vurğulayır. İnteryer şokolad-qəhvəyi və bej rəngli təbii dəri ilə işlənib, onun dekoru üçün isə alüminium aksentlərdən istifadə edilib.

Belə versiyada “Porsche Cayenne S”-in qiyməti tamamilə müştərilərin istəklərindən asılı olacaq.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Cayenne 15.09.2014

Şərhlər


AD