Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yenilənmiş B-Class göstərdi

“Mercedes” restaylinq olunmuş “B-Class”-ı təqdim etdi. Avtomobil yenilənmiş qabaq bamper və radiator barmaqlığı, dəyişilmiş arxa fənərlər və qazçıxma sisteminin konfiqurasiyasını əldə etdi.

Salon da bəzi dəyişikliklərə məruz qalacaq: sükan və multimediya sistemi yenilənəcək. Restaylinqin əsas ideyası – Avropanın ən məşhur kompaktvenlərinin “А-Class” və “CLA” modellərində qoyulmuş ümumi üsluba gətirilməsidir.

Benzin mühərriklərinin arasında: modifikasiyadan asılı olaraq 122 və ya 156 a.g. verən 1,6 litrlik və 184 və ya 211 a.g. verən 2,0 litrlik mühərrik olacaq.

Dizel mühərikləri modifikasiyadan asılı olaraq, 90 və ya 109 a.g. verən 1,5 litrlik aqreqat, həmçinin 136 və ya 177 a.g. verən 2,1 litrlik mühərriklə təqdim olunacaq.

Bundan başqa, 180 a.g. verən elektrik mühərriki olan versiya zlverişli olacaq. Elektromobil 0-dan 100 km/saata 7,9 saniyəyə sürət yığır, maksimal sürəti isə 160 km/saatdır.

Bir enerji ehtiyatı ilə 140 kilometr getmək olar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz B-Class 15.09.2014

Şərhlər


AD