Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann Motorsport BMW X4-ü tamamladı

Alman tüninq-atelyesi “Hamann Motorsport” gənc dəbli krossover “BMW X4”-ün satışdan sonrakı köklənməsinin ilk paketini hazırladı. “Hamann” şirkətinin dizaynerlərinin banın yeni aerodinamik asması və digər aksesuaları üzərində işlədikləri zaman, kiçik yolsuzluq avtomobilinin sahibləri çoxmilli təkər dəsti və müxtəlif modifikasiyalar üçün çip-tüninq sifariş edə bilərlər.

Bundan başqa, “X” ailəsinə sonuncu əlavə üçün bəzi başqa yeniliklər də əlverişlidir. Tünerin daha əvvəlki layihələrindən bizə tanış olan təkər diskləri müxtəlif ölçüdə, bir neçə bəzək variantında və iki quruluşda əlverişlidir.

Disklər enli aşağıprofilli şinlərlə birgə Bavariya krossoverinə idman görünüşü verir. Mühərrikin elektron idarəetmə blokunun yenidən köklənməsi hər mühərrikin məhsuldarlığını artırmağa imkan verəcək.

Beləliklə, “xDrive20i” versiyasına quraşdırılan 2,0 litrlik benzin mühərrikinin faydalı iş əmsalı 208 a.g. və 315 Nm-dək, “xDrive28i”-yə quraşdırılmış daha güclü versiyanın faydalı iş əmsalı isə 272 a.g. və 392 Nm-dək artacaq.

“xDrive35i”-in ən güclü modifikasiyasını 348 a.g. və 449 Nm fırlanma anı verməyə məcbur edəcəklər. Dizel versiyalarına gəldikdə isə daha güclü “xDrive30d” və “xDrive35d” versiyalarında çıxış müvafiq olaraq 295 a.g. (605 Nm) və 355 a.g. (695 Nm) təşkil edəcək. Eyni zamanda ən qənaətli versiya olan “xDrive20d” 231 a.g. və 464 Nm fırlanma anı verəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW X4, Hamann 15.09.2014

Şərhlər


AD