Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW ən kiçik kabriolet təqdim etdi

Bavariyanın avtomobil zavodunun model sırasında yeni kompakt kabriolet – üstü açılan “BMW 2-Series Convertible” peyda olub. Analoji kupedən fərqli olaraq, avtomobil üstüaçılan parça dam və banın bir qədər dəyişilmiş arxa hissəsini alıb.

Yeniliyi gələn ayın əvvəllərində keçiriləcək Paris avtosalonunda təqdim edəcəklər. “BMW 2-Series Convertible” 2015-ci ilin fevral ayında ABŞ-da 228i versiyası ilə 38500 dollara, Böyük Britaniyada isə 220i versiyası ilə 47044 dollara satışa çıxarılacaq.

Damı avtomatik yığma mexanizmi 50 km/saat sürətdə onu 20 saniyəyə qatlamağa imkan verir, “Comfort Access” funksiyası olduqda isə bunu məsafədən də idarə etmək olar.

Almanlar sərnişinlərin söhbətinə və ya musiqiyə qulaq asmağa mane ola biləcək yol səsini aradan qaldırmaq üçün səs izolyasiyasını yaxşılaşdırıblar. Standart variantda yumşaq dam qara parçadan hazırlanıb, lakin əlavə pul ödəndikdə isə o, qəhvəyi və ya gümüşü də ola bilər.

Yığılmış dam baqajın tutumunu 335 litrdən 280 litrə qədər azaldır. İndiki “1-Series Convertible” modeli ilə müqayisədə yeni kabrioletin ölçüləri daha böyük alınıb, lakin çəkisi cəmi 5 kq artaraq 1510 kq olub.

Kompakt kabriolet iki mühərriklə təklif ediləcək: 220i modifikasiyasında 184 a.g. verən (270 Nm) 2,0-litrlik və 228i modifikasiyasında 245 a.g. (350 Nm) verən 2,0-litrlik mühərriklər.

220d versiyasını isə 190-güclü (400 Nm) 2,0-litrlik dizel mühərriki ilə təchiz edəcəklər. O, 100 km/saata 7,5 saniyəyə sürətlənəcək.

M235i variantı 326 a.g. və 450 Nm fırlanma anı verən 3,0-litrlik tvin turbo mühərriki və 6-pilləli mexaniki sürət qutusu ilə təchiz edilir (bu, 8-pilləli avtomat sürət qutusu ilə də əvəz edilə bilər).

Avtomatla olan variant 100-lük sprintə 5 saniyə vaxt sərf edir. “BMW M235i” daha aqressiv ban, qabaq oxda 225/40, arxa oxda 245/35 ölçülü şinlər, 18-düymlük disklər, idmansayağı tənzimlənmiş asılqan və sükan, gücləndirilmiş əyləclər və differensial alıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 2-series, 2-Series Convertible 13.09.2014

Şərhlər


AD