Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin xüsusi verasiyalı Vanquish göstərdi

“Aston Martin” şirkəti sportkar “Vanquish”-in yeni xüsusi versiyasının sirrini açdı. Avtomobilin debütü oktyabrın əvvəllərində Paris avtosalonunda olacaq. “Vanquissiyh Carbon Edition” iki modifikasiyada təklif ediləcək – kupe və kabriolet. Avtomobilin dizaynı bir qədər dəyişikliyə məruz qalıb.

Yeniliyin hazırlanmasında çoxlu sayda karbon elementlərdən istifadə edilib. Bundan əlavə, avtomobil xüsusi əyləc supportları və 20-düymlük təkər diskləri ilə seçilir.

Avtomobilin kapotu altında 6,0-litrlik benzin V12 mühərriki quraşdırılıb. Mühərrik 576 a.g. verir. “Vanquish” ilk yüzlüyə 4 saniyəyə sürətlənir. Maksimal sürət isə 300 km/saatdır.

Xatırladaq ki, bir qədər əvvəl “Aston Martin”-in “Vanquish” və “Rapide S” modellərini yeniləyəcəyi məlum olmuşdu. Avtomobillər daha da təkmilləşdiriləcək, o cümlədən Almaniyanın ZF şirkətinin istehsalı olan yeni 8-pilləli “Touchtronic 3” sürət qutusu. Yenilənmiş sportkarlar 2014-cü ildə təqdim ediləcək.

Yeni sürət qutusu sportkarların dinamik xarakteristikasını yaxşılaşdırmağa imkan verib: Vanquish 0,3 saniyə daha tez olub və 0-dan 100 km/saata 3,8 saniyəyə sürətlənir. “Rapide S” isə 0,5 saniyə atıb və 4,2 saniyəyə 100 km/saata sürətlənir.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin Vanquish 13.09.2014

Şərhlər


AD