Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota-dan məcburi köçkün ailələrinin uşaqlarına hədiyyələr

Yeni tədris ili ilə əlaqədar Toyota nümayəndələri məcburi köçkün ailələrinin uşaqlarına məktəb ləvazimatlarını payladılar.

Yeni dərs ili Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyində məskunlaşmış məcburi köçkün ailələrin balacaları üçün fərqli başladı. Belə ki, 6-7 yaşlı uşaqlar “Birinci sinfə Toyota ilə” xeyriyyə aksiyası çərçivəsində Toyota Bakı Mərkəzindən bol-bol məktəbli ləvazimatı hədiyyə alıblar.

Tələbə şəhərciyinin direktoru Tanrıverdi Hacıyevin sözlərinə görə, şəhərcikdə yeni tədris ili ilə əlaqədar bir canlanma var. Xüsusən də balacalar məktəbə həvəslə hazırlaşırlar. Toyota Bakı Mərkəzinin hədiyyələri isə onların sevincini birə-beş artırdı. Bütün məktəb ləvazimatını yeniləmiş balacalar məktəbin açılmasını səbirsizliklə gözləyirlər. Toyota Bakı Mərkəzinin əməkdaşları uşaqlarla söhbətdə onların hər birinin öz dövlətinə layiqli vətəndaş olması üçün mütləq təhsil almalı olduğunu vurğulayıb, balacalara yeni tədris ilində uğurlar diləyiblər.

Qeyd edək ki, Toyota Bakı Mərkəzi aztəminatlı ailələr və məcburi köçkünlər üçün davamlı şəkildə bu tip aksiyalar həyata keçirir. Hazırda mərkəz bir neçə yeni layihə üzərində işləyir. Mütəxəssislər daha çox sayda aztəminatlı ailəni əhatə edəcək layihələri Toyota Bakı Mərkəzinin ölkədə vətəndaş cəmiyyətinin qurulmasına töhfəsi kimi qiymətləndirir.

1)      Məhərrəmova Rəksanə  – Toyota Bakı Mərkəzinin Marketinq Departamentinin Direktoru;
2)      Əliyev Rüfət-Toyota Bakı Mərkəzinin Satış üzrə məsləhətçisi;
3)      Pur-Rza Rəhman-Toyota Bakı Mərkəzinin Baş Direktorun müavini;
4)      Tanrıverdi Hacıyev-Yasamal qaçqınlar şəhərciyinin Direktoru;
5)      Cəfərov Eldəniz-Toyota Bakı Mərkəzinin PR üzrə mütəxəssisi.

Toyota Bakı Mərkəzi



teqlər:
Toyota Bakı Mərkəzi 12.09.2014

Şərhlər


AD