Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes sportkar AMG GT-nin sirrini açıb

“Mercedes” yeni sportkar “AMG GT”-ni təqdim etdi. Avtomobil əfsanəvi “SLS AMG” modelini əvəz etdi. Yenilik 462 və 510 a.g.-lü 2 modifikasiya alıb.

Baza versiyasında sportkar 4,0-litrlik ikili turbo yükləyicisi olan V8 mühərriki alıb ki, 0-dan 100 km/saata 4 saniyəyə sürətlənir. Daha güclü versiya S əlavəsi alıb və o da eyni mühərriklə təchiz edilir, lakin tənzimləmə sayəsində əlavə 48 a.g. alıb və ilk yüzlüyə 3,8 saniyəyə sürətlənir.

Mühəndislər sportkarın çəkisinin maksimal dərəcədə yüngülləşdirilməsi üçün çox iş görüblər. İstehsal zamanı poladdan, maqneziumdan və alüminiumdan istifadə edilib. Nəticədə avtomobilin çəkisi 1540 kq-a çatıb.

“Mercedes AMG GT” 7-pilləli sürət qutusu və ikili mufta alıb. Hər iki versiya arxa differensialla təchiz edilib (baza modelində o mexanikidir, yenilənmiş variantda isə avtomat).

Yenilənmiş variant elektron idarəetmə amortizatorları və üç müxtəlif iş rejimi (Comfort, Sport və Sport Plus) olan idman asılqanı “AMG Ride Control” da alıb.

Bu 2 versiya bir-birindən cüzi fərqlənir. Daha güclü 20-düymlük təkər disklərinə malikdir, onun əyləc diskləri 360mm-dən 380 mm-ə qədər böyüdülüb və supportları qırmızıdır.

“Mercedes AMG GT” “SLS AMG”-dən kiçik və ucuz olacaq. Model sırasında avtomobilin birinin digərini əvəz edəcəyinə baxmayaraq, “AMG GT” sözün əsl mənasında “SLS AMG”-nin sələfi deyil.

Əgər birinci superkar idisə, şirkət yeniliyi şəhər sportkarı kimi xarakterizə edir.

“Mercedes AMG GT”-nin təqdimatı Paris avtosalonunda olacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz AMG GT 11.09.2014

Şərhlər


AD