Təsvir
Maşını Almaniyadan yeni gətirmişik. Çox ekonom və qənaətli avtomobildir. Bütün funksiyaları işlək vəziyyətdədir. Avtomobil tam boyasızdır. Cüzi kosmetik işləri var onlar da qiymətdən çıxılacaq. Yürüş (probeq) originaldır.
Heç bir qəzası, udarı qətiyyən olmayıb. Motor, korobka ideal vəziyyətdədir. Motor yağı azaltmır, korobka əla keçirir.
Katalizatoru üstündədir. İki şüşə qaldıran(sürücü və ön sərnişin tərəf), ABS, kondisioner, arxa padpres şüşə silən, sürücü və sərnişin oturacağının avto tənzimlənməsi və s. özəllikləri mövcuddur.
Maşının yağı və şüşə silənləri yeni dəyişib, ön faralar polirovka olunub, salona və sükana çexol, arxa padpresə də plyonka çəkilib. Maşının üstündə gələn sadə açar dəyişdirilib və pult şəkilli 2 yeni açar alınıb və quraşdırılıb, diaqnostika olunub və motorist tərəfindən yoxlanılıb heçbir nasazlıq aşkar edilməyib.
Maşına baxandan sonra və ya maşının yanında real alıcıya endirim olunacaq. Alverçilər narahat etməsin.
Əlavə təchizatlar
tormozların antiqapanma sistemi (ABS), təhlükəsizlik yastıqları, yağış sensoru, dumana qarşı işıqlar, mərkəzi qapanma, yüngül lehimli disklər, kondisioner, audiosistem, cd-çeyncer